
İnşaat və Tikinti şirkəti olan «BaroqueStyle» 2008-ci ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyətimizə 2012-ci ildən, 14 min kv metr sahəsi olan «Zagulba Club» mehmanxanasının layihəsi ilə başlamışıq. Bu işi uğurla başa çatdırdıqdan sonra əminliklə deyə bilərik ki, hər bir çətinlikdə olan layihələrin öhdəsindən gələ bilərik.
Bu illər ərzində inşaat xidmətləri bazarında böyük təcrübə toplamış və bir çox layihələr həyata keçirmişik. Dövlət və kommersiya strukturları, həmçinin fərdi şəxslərlə fəaliyyət zamanı «Baroque Style» şirkəti özünü etibarlı partnyor kimi göstərmişdir.