2008-Cİ İLDƏN SİZİNLƏ
Elena Korol
Elena KorolBaroque Style Direktoru

İnşaat və Tikinti şirkəti «Baroque Style»  2008 ci ildən fəaliyyət göstərir. Azərbaycanda öz fəaliyyətimizi  2012-ci ildən 14 min kv metr sahəsi olan «Zagulba Club» mehmanxanasının layihəsi ilə başlamışıq. Bu işi uğurla başa çatdırdıqdan sonra əminliklə deyə bilirik ki, hər bir çətinlikdə olan layihələrin öhdəsindən gələ bilərik. Bu illər ərzində inşaat xidmətləri bazarında böyük təcrübə toplamış və bir çox layihələr həyata keçirmişik. Dövlət və kommersiya strukturları, həmçinin fərdi şəxslərlə fəaliyyət zamanı «Baroque Style» şirkəti özünü etibarlı partnyor kimi göstərib.

Biz kimik:
Hər bir çətinlikdə və miqyasda olan işin öhdəsindən gələ biləcək yüksək səviyyəli mütəxəssislər komandası.

Missiyamız:
Bir çox variant arasından məhz siz axtardığınızı tapmaq, Sizin arzularınızı həyata keçirmək.

Bizim kredo:
Qabaqcıl texnologiyaları istifadə edərək və dəqiq vaxt çərçivəsinə riayət edərək ən yüksək nailiyyətləri əldə etmək.